Satıcı Hesabı və Qeydiyyat

SadəMarketdə Necə Satıcı Olmaq Olar?

SadəMarket platformasında rəqəmsal məhsullarınızı satmaq və qazanc əldə etmək üçün satıcı hesabına müraciət etməlisiniz. Proses olduqca sadədir.

Satıcı olmaq üçün addımlar:

 Hesabınız olmalıdır: İlk öncə platformada standart bir SadəMarket hesabınız olmalıdır. Hesabınız yoxdursa, əvvəlcə normal qaydada qeydiyyatdan keçməlisiniz.

 Satıcı səhifəsinə keçid edin: Hesabınıza daxil olduqdan sonra bu linkə keçid edin: https://sademarket.net/start-selling

 Məlumatları daxil edin: Açılan səhifədə satıcı müraciəti üçün sizdən tələb olunan lazımi məlumatları (adınız, soyadınız və s.) doldurun.

 Instagram Hesabı: Müraciət formasında mağazanızın/sizin Instagram hesabınızı daxil etməyiniz tələb olunacaq.

   Diqqət: Göndərdiyiniz Instagram hesabları platforma tərəfindən yoxlanılır. Etibarlı və aktiv bir hesab təqdim etməyiniz müraciətinizin təsdiqlənməsi üçün vacibdir!

Müraciəti göndərin: Bütün məlumatları düzgün daxil etdiyinizə əmin olduqdan sonra müraciəti göndərin.

Müraciətiniz 1-2 iş günü ərzində yoxlanılacaq. Əgər müraciətiniz platforma qaydalarına uyğun olarsa, hesabınız təsdiqlənəcək və siz dərhal məhsullarınızı yerləşdirib satışa başlaya bilərsiniz!

Mağazanız onaylandıqdan sonra satışa başlamaq üçün mütləq bir üzvlük (membership) planı seçməlisiniz.

SadeFree Planı: Platformada "SadeFree" adlı pulsuz və ömürlük bir plan mövcuddur.

Bu plan sizə 10 məhsul yerləşdirməyə imkan verir.

Müddəti 31 gün təşkil edir.

Siz istədiyiniz zaman daha çox məhsul yerləşdirmək üçün planınızı dəyişə bilərsiniz.

Planınızı seçdikdən dərhal sonra məhsullarınızı yerləşdirib satışa başlaya bilərsiniz!

Hələ də suallarınız var?

Əgər hələ də sualınız varsa, buradan dəstək sorğusu göndərə bilərsiniz.   Dəstək ilə əlaqə

SadəMarket sizə daha yaxşı təcrübə təqdim etmək üçün çərəzlərdən istifadə edir. Saytdan istifadəyə davam etməklə, çərəzlərin istifadəsini qəbul etmiş olursunuz.